COP29

Bakıda baha internetə əlac tapıldı?

26 İyul 07:30 Araşdırma 1 889
Bakıda baha internetə əlac tapıldı?

Son günlər aktual olan mövzulardan biri Azərbaycanda internetin qiymətinin artacağı ilə bağlıdır.

Belə ki, bu qərar 15 avqust 2024-cü il tarixindən etibarən qüvvəyə minir.

Məlumata görə, “Aztelekom” GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq.

Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək.

“Aztelekom” və “Bakı Telefon Rabitəsi” İnternetin qiyməti ilə bağlı məlumatlara aydınlıq gətirərək bildirib ki, aparılan infrastruktur təkmilləşdirmələrinin məqsədi vətəndaşların yüksəksürətli internetə artan tələbatının qarşılanması və daha yüksəkkeyfiyyətli internet xidmətlərindən faydalanmasıdır:

“Qiymət siyasətimiz müştərilərimizə daha yüksək sürət və Mbit həcminə görə mümkün optimal qiymət təklif etmək şərti ilə bazar tələblərinə uyğun formalaşdırılır”.

Yeni tariflə bağlı məlumat ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır. Vətəndaşlar onlara lazım olan internet həcmindən artığına vəsait ödəmək istəmədiklərini bildirirlər.

Abunəçilər qeyd edirlər ki, əgər ona lazım olan həcmdə internet əldə edirsə və indiki keyfiyyətdən razıdırsa, niyə baha qiymətə internetdən istifadə etməlidir?

Bəzi vətəndaşlar 100 Mbit/s internet üçün heç 25 AZN ödəmək imkanının olmadığını bildirirlər. Beləliklə, sakinlər yeni qərarı nəzərə alaraq bina evlərində artıq internetdən yeni qaydada istifadə etməyi nəzərdə tuturlar. Belə ki, 2-3 qonşu toplaşıb ancaq bir abonentlik götürmək və intenetdən birgə istifadə ilə bahalaşma problemindən çıxış yolu tapıblar. Yəni əgər bir qonşunun internet üçün 25 manat ödəmək imkanı yoxdursa, iki tərəf birləşir, biri abunəlikdən imtina edir, bundan sonra hərəsinə 12,50 AZN ödəməklə bu məsələni həll etməyə qərar verirlər. Çünki “Aztelekom” və digər internet provaderlər baha qiymətə internet istəməyən vətəndaşlara başqa seçim yolu qoymayıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?