COP29

İndi ili köhnə olan avtomobilləri qeydiyyatdan keçirmək mümkündür? - VİDEO

17 İyul 08:30 Araşdırma 1 265
İndi ili köhnə olan avtomobilləri qeydiyyatdan keçirmək mümkündür? - VİDEO

Sosial şəbəkələrədə taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün maşınları pul ilə qeydiyyatdan keçirən səhifə açılıb.

Orada bildirilir ki, hətta ili 1995-96 olan nəqliyyat vasitələrini də qeydiyyatdan keçirmək mümkündür.

Həmin şəxs etdiyi işə tam zəmanət verdiyini də qeyd edib.

Bu barədə Xəzər TV reportaj hazırlayıb.

Məlum olub ki, qeydiyyat edən şəxs deyib ki, müraciət edən vətəndaş ölkəmizdə fəaliyyət göstərən məşhur taksi şirkətlərindən birində çalışa bilər.

Adı çəkilən taksi şirkətindən bildirilib ki, hesabın servislə heç bir əlaqəsi yoxdur. Sistemdə avtomobilin yaşını və qanunun tələblərinə uyğunluğunu izləməyə imkan verən tədbirlər mövcuddur.

Ekspertlər isə xəbərdarlıq edirlər ki, hazırda taksi kimi fəaliyyət göstərə bilməyən şəxslər bu yollarla aldana bilərlər.

Məsələyə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) münasibət bildirib.

Ətraflı süjetdə:

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?