COP29

Bir tək “Qarabağ”... Bu hadisəni heç vaxt yaddan çıxarmayacaqlar

30 Avqust 03:50 Araşdırma 1 491
Bir tək “Qarabağ”... Bu hadisəni heç vaxt yaddan çıxarmayacaqlar

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”a 2:7 hesabı ilə məğlub olan Bolqarıstan “Ludoqorets”i antirekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, indiyədək avrokuboklarda Bolqarıstanı təmsil edən heç bir kollektiv avrokuboklarda doğma meydanda qapısından 7 top buraxmayıb.

Buna qədər ən zəif göstərici 1977-ci ildə Kuboklar Kubokunda "Anderlext"ə (Belçika) 1:6 hesabı ilə uduzan "Lokomotiv"ə (Sofiya) məxsus olub.

Bundan başqa, Sofiya “Slaviya”sı 1988-ci ildə Serbiya “Partizan”ına, "Liteks" isə 1998-ci ildə Rusiyanın "Spartak" (Moskva) klubuna 0:5 hesabı ilə yenilib. Hər iki görüş UEFA Kubokuna təsadüf edib.

“Ludoqorets”in avrokuboklardakı ən böyükhesablı məğlubiyyəti isə ötən mövsüm Konfrans Liqasının qrup mərhələsində qeydə alınıb. Razqrad təmsilçisi Danimarkada “Norşellan”a 1:7 hesabı ilə uduzub.

Klub həmçinin 2016-cı ildə Çempionlar Liqasında, 2019-cu ildə isə Avropa Liqasında, müvafiq olaraq, "Arsenal" (İngiltərə) və "Espanyol"la (İspaniya) matçlarda 6 cavabsız top buraxıb.

"Qarabağ” III təsnifat mərhələsində “Ludoqorets”i iki oyunun nəticəsinə əsasən 8:4 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi