
“Yaxın ailə üzvü üçün xarici ölkədən gətirilən dərman vasitələrinin resepti gömrük orqanı əməkdaşlarına təqdim olunduğu təqdirdə buraxılışı təmin olunur”.
Bunu “qafqazinfo”ya açıqlamasında Gömrük İnzibatçılığı Baş idarəsinin fiziki şəxslər üzrə iş şöbəsinin rəisi İlkin Hüseynzadə bildirib.
“Resept kağız formasında olsa yaxşı olar, amma elektron formada da təqdim oluna bilər. Bu, yalnız şəxsin ailə üzvləri üçün keçərlidir. Əgər xəstə xarici ölkədə həkim qəbulunda olubsa, reseptə yazılan müddət və miqdar əsas götürülür”, - deyə qurum rəsmisi qeyd edib.
Bundan başqa o resept tələb olunan dərmanlar haqqında da məlumat verib: “Bəzi dərmanlar var ki, onlar ölkəmizdə də əldə olunarkən resept tələb olunur.
Məhz həmin dərmanların ölkəyə gətirilməsi zamanı da resept tələb oluna bilər. Buna səbəb həmin dərmanların tərkibində qanununvericiliklə məhdudlaşdırılmış maddələrin olmasıdır”.