COP29

Respublika ərazisində yağıntılı hava nə vaxta kimi davam edəcək?

4 Noyabr 08:10 Araşdırma 909
Respublika ərazisində yağıntılı hava nə vaxta kimi davam edəcək?

Azərbaycanda faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 3-ü saat 20:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şabran, Quba, Qusar, Xaçmazda arabir yağış yağır.

Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 28 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Neftçalada 20 m/s, Naftalan və Ağdamda 18 m/s, Göyçay, Mingəçevir və Bərdədə 16 m/s, Xaçmazda 15 m/s təşkil edir.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.8 metrdir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti noyabrın 4-ü səhər saatlarından tədricən səngiyəcək. Lakin qısa fasilədən sonra 4-ü axşam və 5-də küləyin yenidən güclənəcəyi gözlənilir.

Yağıntılı hava şəraiti isə noyabrın 4-ü günün ikinci yarısından tədricən kəsiləcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 03:50 Növbəti təyinat aldı
5 Noyabr 03:20 Orada bir bizimki var...