COP29

Bakıda yeni metro stansiyaları bu tarixdə açılacaq

4 İyul 07:30 Araşdırma 2 567
Bakıda yeni metro stansiyaları bu tarixdə açılacaq

"B-04" metrostansiyası 2025-ci ilin sonunda hazır olacaq.

Hazırda inşaatın tamamlanma mərhələsidir. Stansiyada üzlüyün vurulmasına hazırlıq işləri görülür".

Bu sözləri metbuat.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, texnoloji proseslərin ardıcıllığına görə, divarların təmizlənməsi, yuyulması, sahənin bu istiqamətdə işlər üçün hazırlıq vəziyyətinə gətirilməsi tədbirləri görülür:

"8 Noyabr"dan B-4 stansiyasına qədər olan məsafədə dəmir yolları çəkilib. Yolun digər üst quruluşu elementləri quraşdırılıb. Bu tədbirlər də hal-hazırda davam etdirilir. Bundan əlavə olaraq təbii ki, stansiyada infrastrukturun qurulması istiqamətində işlər başlamaq ərəfəsindədir. Eskalatorlar stansiya ərazisinə gətirilib. Ventilyayorlar da stansiya ərazisindədir".

B-4 stansiyası Bakı metrosunun Bənövşəyi xəttinin hal-hazırda tikintisi davam etməkdə olan 5-ci stansiyasıdır. Metrostansiya Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində, 1 saylı Mərkəzi Klinik Xəstəxanasının arxasında, Heydər Əliyev adına İdman Konsert Kompleksinin yaxınlığında yerləşir.

Digər Xəbərlər
Xəbər Lenti
6 İyul 01:50 Fransa yarımfinalda