COP29

İlkin Fikrətoğlu - Güman ki, o, Azərbaycan klubundan “casusluq” edib

11 İyul 14:00 Araşdırma 3 296
İlkin Fikrətoğlu - Güman ki, o, Azərbaycan klubundan “casusluq” edib

Bu gün Azərbaycan klubları üçün növbəti avrokubok mövsümü başlayır.

Bu marafonda ölkəmizi - klubların ləqəbləri üzrə desək, “köhlən atlar”- “Qarabağ”, “qartallar” - “Zirə”, “bayquşlar” – “Sabah” və “kimyaçılar” – “Sumqayıt” təmsil edəcək.

Bizmkilərdən ilk olaraq mübarizəyə “Zirə” qoşulacaq. Klub olaraq yubileyini – 10 illiyini qeyd edən “qartallar”ı Avropa Liqasında hec də asan rəqib gözləmir.

Moldova təmsilçisi “Şerif” avrokubok təcrübəsinə görə nəinki “Zirə”ni. istənilən komandamızı üstələyir. 1997-ci ildə yaradılan bu komandanın qurucularından biri, həm də ilk baş məşqçisi - məşhur həmyerlimiz Əhməd Ələsgərov olub.

1999-cu ildə Avropada debüt edən Tiraspol təmsilçisi o vaxtdan fasiləsiz 25 ildir avrokuboklarda oynayır. 21 dəfə Moldova çempionluğunu, 12 dəfə də ölkə kubpkunu qazanıb.

Son mövsümdə nə kubok, nə də çempionluq əldə ediblər. Gümüş medallara sahib çıxan “Şerif” bu nəticəsinə görə Avropa Liqasında oynamaq hüququ qazanıb.

Komandanın heyətinin təxminən 75 faizi legionerlərdən təşkil olunub. Cari yay transfer dövründə də yetərincə aktivdirlər.

Klubdan əsasən ehtiyatda qalan 5 oyuncu ayrılıb, eyni sayda legioner alınıb. Amma bu o demək deyil ki, “Şerif” keçilməzdir.

Rəqibin baş məşqçisi Yuri Huranın Rəşad Sadıqovdan yalnız yaşı çoxdur, baş məşqçi təcrübəsi yox.

İndiyədək yalnız Ukraynanın “Aleksandriya” klubunda baş məşqçi olmuş 48 yaşlı Hura üçün “Zirə” sirli qutudur.

Yalnız statistik göstəricilərə nəzər yetirmək məcburiyyətində qalan “Şerif”in baş məşqçisi püşkdın sonra turnir cədvəlinə istinadən “Zirə” mümkün rəqiblərimiz aradında ən çətinlərdəndir.

Öz çempionatlarında az qol vurub, az qol buraxıb. Rəqib haqqnda mümkün qədər cox informasya toplamaa çalışacağıq” açıqlaması verib.

Yuri Huranın nə dərəcədə məqsədinə çatdığını deyə bilmərik. Amma güman ki. bir necə gün əvvəl transfer etdikləri keçmiş “Qəbələ”li Ayyub Allaş “Zirə” haqqında “casusluq” edib.

Olsun, futolda bu, normal haldır, Rəşad Sadıqov da hər halda boş oturmayıb.

İndiyədək “Şerif”i Azərbaycan kublarından yalnız “Qarabağ” 2 dəfə avrokuboklarda məğlub edib, hər iki matçda da Rəşad Sadıqov meydanda olub.

Ümid edək ki. Sadıqov bi dəfə baş məşqçi kimi “Şerif” üzərində qələbəyə sevinəcək. Onun komandası özünün 10 illik yubiileyinə hədiyyə etmək üçün bu il Avropada əvvəlkilrdən fərqli nəticə göstərməlidir.

Üstəlik, “Zirə”nin avrokubokda sığortası da var. Avropa Liqasında uduzsalar, mübarizəni Konfrans Liqasında - Slovakiyanın “Dnayska Streda” komandasına qarşı oyunılarla davam etdirəcək.

“Zirə”dən bu yay 2 əsas oyuncu - Rəhim Sadıxovla Vladislav Kulaç ayrılıb. Yeni gələn 6 futbolçudan Davit Volkov keçmiş komandasına qayıdıb.

“Kəpəz”dən tanıdığımız braziliyalı hücumçu Junior Martins “Zirə”yə fayda verə bilər. Norvecin “Jerv” klubundan transfer olunan ruandalı müdafiəçi Ange Mutsinzinin isə bacarığını yaxın günlərdə görəcəyik.

Beləliklə, bu gün – iyulun 11-də “Zirə” Azərbaycan klubları üçün 2024/2025 avrokubok mövsümünü açıq eıan edəcək.

Tiraspolda keçiriləcək ilk oyunda Rəşad Sadıqovun komandasının xarakter göstərməsi, döyüşməsi lazımdır. Cavab matçı isə iyulun 18-də Bakıda olacaq.

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti