“2025-ci ilin dövlət büdcəsinin xərcləri 41 milyard 368 milyon manat təklif edilib”.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinə münasibət bildirərkən deyib.
Nazir qeyd edib ki, büdcə layihəsi hazırlanarkən milli prioritetlərin həyata keçirilməsi rəhbər tutulub:
“Bu, 2024-cü ilin dövlət büdcəsi xərcləri ilə müqayisədə 12,5 % çoxdur. 2025-ci ilin dövlət büdcəsinin xərcləri 13946 milyon manat, və yaxud 1,5 dəfə artıb. Azad edilmiş ərazilərə Böyük Qayıdışın təmini kimi ümdə çağırışlar da nəzərə alınıb”.