COP29

Həftənin havası - Azərbaycanda temperatur yüksələcək

29 May 12:10 Araşdırma 573
Həftənin havası - Azərbaycanda temperatur yüksələcək

Bakıda və Abşeron yarımadasında həftənin sonunadək hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin iyunun 1-dən 2-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, mülayim cənub-şərq küləklərinin üstünlük təşkil edəcəyi, iyunun 1-i gündüzdən 2-si səhərədək isə şimal-qərb küləyinin qısa müddətə güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 24-29, mayın 30 və 31-də 32 dərəcəyədək isti olacaq:

“Azərbaycanın rayonlarında həftə sonunadək intensiv yağıntılar gözlənilmir. Yaxın günlərdə hava şəraitinin daha da sabitləşəcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə yüksələrək 28-33, mayın 30-31-də bəzi yerlərdə 36, dağlarda 17-22, bəzi yerlərdə 25 dərəcə isti olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?