COP29

Gündə iki stəkan... Bu qidalar uşaqların boyunu uzadır

13 İyul 07:40 Araşdırma 590
Gündə iki stəkan... Bu qidalar uşaqların boyunu uzadır

Gün ərzində iki stəkan süd içmək uşaqlarda həm boy artımına kömək edir, həm də sümük quruluşunu gücləndirir.

Südün boy uzatması üçün gecə yatmadan əvvəl içilməsi vacibdir.

Çünki bu saatda içilən süd böyümə hormonunun ifrazını təmin edir. Tərkibində kalsium olan süd məhsulları əzələlərin bərkiməsi üçün faydalıdır.

İmmunitet sisteminin möhkəmləndirilməsində və bədənin sağlamlığının qorunmasında aparıcı rol oynayan brokkoli uşağın boyunun uzanmasını təmin edən əhəmiyyətli tərəvəzdir.

Uşaqlar tərəfindən bəyənilməsə də, müntəzəm olaraq istifadəsi tövsiyə olunur. Elmi-tədqiqatlar göstərir ki, sevilməyən qidaların müəyyən qayda ilə yeyilməsi zamanla vərdiş halı yaradır.

Qurudulmuş meyvələr də kalsium mənbəyidir. Bu səbəbdən uşağın boyunun uzanmasına kömək edir.

Qəlyanaltı olaraq və ya süd ilə birlikdə şəkər ehtiyacını ödəmək üçün uşağa verilir. Çox yeyilərsə, çəki problemlərinə səbəb ola bilər.

Bu səbəbdən qurudulmuş meyvələrin istehlak miqdarı vacibdir. Gün ərzində 4-5 quru ərik, 2 quru əncir və 1 ovuc qara kişmiş kifayət edir.

Ağ lobya kalsium ilə zəngindir. Uşaqların boyunun uzanmasına kömək olacaq bu qida yeməklərdə müntəzəm şəkildə istifadə olunmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti