COP29

Quru sərhədləri ilə bağlı xəbər: “Həmin vaxt açılacaq”

1 İyul 08:30 Araşdırma 1 083
Quru sərhədləri ilə bağlı xəbər: “Həmin vaxt açılacaq”

Hər dəfə qonşu ölkələrdə terror, etiraz aksiyaları və s. hadisələr baş verəndə quru sərhədlərin bağlı qalmasının nə dərəcə doğru olması barədə çıxışlar eşidirik.

Rusiyada, İranda, Gürcüstanda daha əvvəl də oxşar hadisələr yaşanıb, onda sərhədimiz açıq idi.

Bu cür hadisələrin dayanacağı, səngiyəcəyi də mümkün deyil.

Bir ömür sərhədlər üzümüzə bağlı qalacaq? Bunun başqa bir həll yolu yoxdur?

Mövzu ilə bağlı globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, quru sərhədlərin açılması Azərbaycan xalqı ilə yanaşı, dövlətin də marağındadır:

“Sərhədlərin açılması iqtisadi canlanmaya, turizm mübadiləsinə, regional inteqrasiyaya böyük töhfə verir. Məsələ burasındadır ki, dövlət bir qərar qəbul edərkən mümkün təhlükə və riskləri nəzərə almalıdır. Hazırkı mərhələdə sərhədlərin bağlı qalması təhlükəsizlik məsələləri ilə əlaqədardır. Vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi hər şeydən öndədir. Buraya təkcə tibbi, sağlamlıq deyil, həm də birbaşa fiziki təhlükəsizlik daxildir. Bu gün əhalinin sağlamlığını təhdid edən problemlər hələ də gündəmdədir.

Digər tərəfdən, qonşu ölkələrdə baş verən terror hadisələrinin də şahidi oluruq. Terrorçuların ölkəmizə daxil olması quru sərhədləri vasitəsilə mümkündür”.

Deputatın sözlərinə görə, Dağıstan, Rusiya və Gürcüstanda baş verən hadisələr Azərbaycanı daha diqqətli olmağa vadar edir:

“Ona görə də hər bir vətəndaş əmin olmalıdır ki, mövcud problemlər öz həllini tapdığı an quru sərhədlərimiz açılacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO