
Azərbaycan kubokunun final oyununun iştirakçıları müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, həlledici qarşılaşmada “Qarabağ”la “Sabah” üz-üzə gələcək.
Tarixində 12-ci dəfə finala yüksəlməklə rekord vuran Ağdam klubu ardıcıl 2-ci, ümumilikdə 9-cu kuboku başı üzərinə qaldırmaq əzmindədir. “Sabah” isə adını ilk dəfə finala yazdırıb.
Mayın 31-də keçiriləcək həlledici qarşılaşma öncəsi bəzi məqamlar diqqət çəkir. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüşdə bəzi tendensiyalar davam edə, bəziləri qırıla bilər.