
Azərbaycanda keçiriləcək III MDB Oyunlarında Ermənistan idmançılarının iştirak edib-etməyəcəyi müzakirə edilir.
Sportinfo.az xəbər verir ki, bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan məlumat verib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı qərar müxtəlif amillərlə, o cümlədən erməni idmançıların təhlükəsizliyi ilə bağlıdır.
"Müvafiq qərar qəbul ediləndə biz bunu ictimaiyyətə açıqlayacağıq", - deyə Andreasyan bildirib.
Oyunların Təşkilat Komitəsinin Azərbaycan üzrə nümayəndəsi Aygül Ağayeva bildirib ki, ölkəmizdə keçiriləcək III MDB Oyunlarına Ermənistan idmançılarına iştirak üçün dəvət göndərilib.
III MDB Oyunları 2025-ci il sentyabrın 28-dən oktyabrın 8-dək keçiriləcək. Yarışlar 23 idman növü üzrə Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində baş tutacaq.