Bir tək “Qarabağ” təkbaşına...

08:30 Araşdırma 158
Bir tək “Qarabağ” təkbaşına...

Azərbaycan Kubokunun finalçıları bəlli olub.

Sportinfo.az xəbər verir ki, sayca 33-cü ölkə kubokunun həlledici matçında “Qarabağ” və “Sabah” üz-üzə gələcək.

İndiyə qədər yalnız iki dəfə – 2001-02 və 2019-20 mövsümlərində turnir yarımçıq dayandırılıb.

Kubokun rekordçusu “Qarabağ” 12-ci dəfə finala yüksəlibsə, “Sabah” tarixində ilk dəfə həlledici matça çıxacaq.

İndiyə qədər finalda ən çox Bakı təmsil olunub. Sona qədər keçirilən 30 mövsümdə paytaxt təmsilçiləri ümumilikdə 25 dəfə final həyəcanı yaşayıblar.

“Sabah”ın sayəsində bu say 26-ya yüksələcək. “Qarabağ” isə təkbaşına Ağdamı 12-ci dəfə həlledici qarşılaşmada təmsil edəcək.

Lənkəran 6, Qəbələ 5, Gəncə 4 dəfə təmsilçisinin finalda iştirakına şahidlik edib. Sumqayıt, Mingəçevir və Şəmkirdə bu say 2-dir.

Sabirabad, Yevlax və İmişlinin isə 1 komandası finala qədər irəliləməyi bacarıb.

Azərbaycan Kubokunun bütün finalları:

1992: “Kür” (Mingəçevir) – “İnşaatçı” (Bakı) – 1:2

1993: “İnşaatçı” (Sabirabad) – “Qarabağ” (Ağdam) – 0:1

1993-94: “Kəpəz” (Gəncə) “Xəzər” (Lənkəran) – 2:0

1994-95: “Neftçi” (Bakı) – “Kür-Nur” (Mingəçevir) – 1:0

1995-96: “Neftçi” – “Qarabağ” – 3:0

1996-97: “Kəpəz” – “Xəzri” (Bakı) – 1:0

1997-98: “Kəpəz” – “Qarabağ” – 2:0

1998-99: “Şəmkir” – “Neftçi” – 0:0, p. 3:5

1999-00: “Kəpəz” – “Qarabağ” – 2:1

2000-01: “Şəfa” (Bakı) – “Neftçi” – 2:1

2001-02: Yarımçıq qalıb

2003-04: “Şəmkir” – “Neftçi” – 0:1

2004-05: “İnter” – “Bakı” – 1:2

2005-06: “Qarabağ” – “Karvan” (Yevlax) – 2:1

2006-07: “Xəzər-Lənkəran” – “MKT-Araz” (İmişli) – 1:0

2007-08: “Xəzər-Lənkəran” – “İnter” – 2:0

2008-09: “İnter” – “Qarabağ” – 0:1

2009-10: “Xəzər-Lənkəran” – “Bakı” – 1:2

2010-11: “Xəzər-Lənkəran” – “İnter” – 1:1, p, 4 – 2

2011-12: “Neftçi” – “Bakı” – 0:2

2012-13: “Neftçi” – “Xəzər-Lənkəran” – 0:0, pen. 5:3

2013-14: “Qəbələ” – “Neftçi” – 1:1, pen. 2:3

2014-15: “Qarabağ” – “Neftçi” – 3:1

2015-16: “Qarabağ” – “Neftçi” – 1:0, ə.v.

2016-17: “Qarabağ” – “Qəbələ” – 2:0

2017-18: “Keşlə” (Bakı) – “Qəbələ” 1:0

2018-19: “Qəbələ” – “Sumqayıt” – 1:0

2019-20: yarımçıq dayandırılıb

2020-21: “Keşlə” – “Sumqayıt” – 2:1

2021-22: “Qarabağ” – “Zirə” (Bakı) – 1:1, p.4:3

2022-23: “Neftçi” – “Qəbələ” – 0:1

2023-24: “Qarabağ” – “Zirə” – 2:1

2024-25: “Qarabağ” – “Sabah” (Bakı)

Digər Xəbərlər
Xəbər Lenti