İntizamsızlığın cavabı - Berdıyev və daha iki futbolçu kənarda qaldı

17:00 Araşdırma 247
İntizamsızlığın cavabı - Berdıyev və daha iki futbolçu kənarda qaldı

Premyer Liqanın 32-ci turu üç nəfər üçün tamaşa meydanı olacaq.

Ötən tur olduğu kimi, iki futbolçu və bir baş məşqçi oyunları kənardan izləyəcək.

Bölgədə baş tutan “Turan Tovuz” – “Sabah” qarşılaşmasında texniki zonadan qovulan meydan sahiblərinin baş məşqçisi Kurban Berdıyevin cəza müddəti hələ də davam edir.

Futbolçulara gəlincə, ölkə kubokunda “Qarabağ”a qarşı oynamayan Vanderson Melo növbəti matçı da kənardan izləyəcək. “Şamaxı”lı Maykl Tuik isə ötən həftə aldığı “qırmızı” ilə hücumçusuz komandanı çətin vəziyyətdə qoyub.

Aprelin 25-də “Turan Tovuz” – “Şamaxı”, ertəsi “Kəpəz” – “Zirə”, aprelin 27-də “Səbail” – “Araz-Naxçıvan” və “Sabah” – “Qarabağ”, aprelin 28-də “Sumqayıt” – “Neftçi” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti