Açıqladılar - Tarixin ən varlı idmançılarının siyahısını

23 Aprel 10:20 Araşdırma 165
Açıqladılar - Tarixin ən varlı idmançılarının siyahısını

Məşhur “Sportico” idman jurnalı tarixin ən varlı idmançılarının siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu haqda nəşrin saytında dərc olunub.

Belə ki, reytinqin lideri karyerası ərzində 4,15 milyard dollar qazanan amerikalı basketbolçu Maykl Cordan olub.

İkinci yerdə qolfçu Tayqer Vuds (2,79 milyard dollar), üçüncü yerdə futbolçu Kriştiano Ronaldo (2,23 milyard dollar) qərarlaşıb.

Məbləğlərə maaşlar, bonuslar, pul mükafatları, qonorar və sponsor şirkətlərdə iştirakdan əldə edilən vəsaitlər daxildir (Bütün gəlirlər vergidən əvvəl hesablanıb).

Maykl Cordan Milli Basketbol Assosiasiyasının (NBA) altıqat çempionu və ikiqat Olimpiya çempionudur.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 20:30 Çək və bizə göndər!
23 Aprel 11:00 İstiqaməti düz seçin!
23 Aprel 08:20 Barbara, Fatimə, Ayan...
23 Aprel 01:10 AFFA cəzanı yumşaltdı