
Yeddi qat Olimpiya çempionu, idman gimnastikası üzrə 23 qat dünya çempionu, amerikalı Simona Bayls “Laureus World Sports Awards – 2025”ə görə “İlin idmançısı” olub.
Sportinfo.az xəbər verir ki, 25-ci mükafatlandırma mərasimi aprelin 21-də Madriddə baş tutub.
Dirəklə tullanma üzrə ikiqat Olimpiya çempionu və dünya rekordçusu isveçli Armand Duplantis isə kişilər arasında “İlin idmançısı” mükafatına layiq görülüb.
Laureus nominasiya siyahıları 70-dən çox ölkədən 1000-dən çox idman media orqanının səsverməsi ilə formalaşır.