Daha adınız “qara siyahı”ya düşməyəcək - Həmin ödənişləri gecikdirsəz də

07:50 Araşdırma 159
Daha adınız “qara siyahı”ya düşməyəcək - Həmin ödənişləri gecikdirsəz də

Məlum olduğu kimi, Prezident İlham Əliyev “Kredit büroları haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib.

Deputat Vüqar Bayramov sosial şəbəkə hesabında həmin dəyişiklikləri şərh edib.

Parlamentari dəyişikliyə əsasən bildirib ki, Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər, təqvim ili ərzində nisyə satış dövriyyələri 100 min manatı keçərsə belə, artıq kredit bürolarına məlumat təqdim etmək öhdəliyindən azad ediliblər.

O qeyd edib ki, əvvəllər bu kateqoriyaya aid sahibkarlar müştərilərinə dair kredit tarixçələrini fəaliyyət göstərən ən azı bir kredit bürosuna təqdim etməyə borclu idilər: “Adətən kredit tarixçəsinə aid olan məlumatların təqdim olunması inzibati proseduralar, zaman və eləcə də xərc tələb edirdi. Digər tərəfdən bu öhdəliklərə əməl edilməsinə nəzarət də heç də asan deyildi və məsuliyyətə cəlb etmək də mürəkkəb mexanizm idi.

Yeni dəyişiklik bir tərəfdən şirkətlər və vətəndaşlar üçün qaydaların asanlaşmasına səbəb olacaq və onların kredit tarixçələrinin bu tip əməliyyatlar səbəbindən pisləşməsinin qarşısını alacaq.

Digər tərəfdən, yeni qaydalar vətəndaşlarımız üçün bu sahədə inzibati proseduraları keçməsi zərurəti aradan qaldırıldığından vəsaitə qənaət etməsinə və onların kreditlər üzrə “qara siyahıya” bu səbəbdən düşməsinin qarşısının almasına gətirib çıxaracaq. Gözlənilir ki, həmçinin bu sahədə aktivliyin artmasına və alqı-satqı döriyyəsinin genişlənməsinə imkan yaranacaq”.

Deputat saytımıza açıqlamasında bildirib ki, kredit bürolarında qeydiyyatdan keçən əməliyyatlar üzrə yubanmalar həmin vətəndaşın kredit tarixçəsinə təsir göstərirdi:

“Əvvəlki qaydalarda alqı-satqı zamanı ödəniş öhədiliyi olan şəxs öhdəliyi yerinə yetirə bilmirdisə, müqavilə kredit bürosunda qeydiyyatdan keçdiyi üçün kredit tarixçəsinə təsir göstərirdi. Çünki ödəmə öhdəliyi olsa da, onu yerinə yetirə bilmirdi. Yerinə yetirə bilmədiyi üçün ödəmə qabiliyyəti riskli qrupa daxil edilirdi. Yeni qaydalara görə, belə müqavilələr kredit bürosunda qeydiyyatdan keçməyəcək və buna görə də artıq orda yubanma baş verirsə, bu, onun kredit tarixçəsinə təsir göstərməyəcək”.

Digər Xəbərlər
Xəbər Lenti