Məbəd, yoxsa hərbi baza?! - Xocalıdan yayılan VİDEO ŞOK YARATDI!

07:40 Araşdırma 169
Məbəd, yoxsa hərbi baza?! - Xocalıdan yayılan VİDEO ŞOK YARATDI!

Xocalının işğaldan azad edilən Pirlər kəndində yerləşən Alban məbədindən uzun illər hərbi baza kimi istifadə edildiyi məlum olub.

Məbədin ətrafında qazılmış səngərlər və yerləşdirilmiş hərbi postlar sübut edir ki, düşmən bu dini abidəni uzun müddət hərbi məqsədlər üçün istifadə edib.

Səngərlər məbədin qarşısından başlayaraq, bir neçə istiqamətdəki postlara qədər uzanır. Postların içərisində isə tərk edilmiş silah-sursat aşkarlanıb. Bu da göstərir ki, düşmən ərazidən tələsik şəkildə geri çəkilib.

Hazırda da Ermənistan bu kimi əməllərindən əl çəkmir. Sünikdə (Zəngəzurda) yerləşən ərazilərdə silah-sursatın dini abidələrdə saxlanıldığına dair sosial şəbəkələrdə yayılan görüntülər bu faktı bir daha təsdiqləyir. Dini məbədlərin hərbi məqsədlərlə istifadə olunması beynəlxalq hüquq normalarına ziddir.

İşğaldan azad edilən ərazilərdə Azərbaycanın mədəni irsinə ciddi ziyan vurulub. Rəsmi məlumatlara əsasən, ümumilikdə 434 tarixi abidəyə zərər dəyib.

Bunlardan 68-i tamamilə, 114-ü isə qismən dağıdılıb. Vurulan maddi ziyanın dəyəri isə 700 milyon manatdan artıq qiymətləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti