Premyer Liqa klubları 3 milyon manatı hara xərcləyib?

02:00 Araşdırma 101
Premyer Liqa klubları 3 milyon manatı hara xərcləyib?

Premyer Liqa klublarının vəsaiti meyarlar üzrə bölüşdürmə prinsipi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu, AFFA-nın maliyyə hesabatında yer alıb.

Klubların onlara ayrılan 3 milyon manatı 2023/24 və 2024/25 mövsümlərində necə bölüşdürməsi dəqiqləşib.

Premyer Liqa Lisenziyasının alınmasına ötən mövsüm 2 milyon, cari çempionatda 1 milyon 600 min sərf olunub.

Klub nəzdində uşaq futbolunun inkişafına 500 min (2023/24 mövsümündə 400 min), infrastruktur layihələrinin gerçəkləşdirilməsinə 850 min (2023/24 mövsümündə 300 min) manat ayrılıb. Qadın futbolunun inkişafına bir il əvvəlki kimi 50 min nəzərdə tutulub.

2023/24 mövsümündə Futbol klubunun regionda filialının, akademiya və ya seksiyasının açılması və onun davamlı fəaliyyəti üçün 50 min, əvəzedici komandaların saxlanılmasına 150 min, marketinq, PR, SMM işlərinin aparılması, müxtəlif FSR tədbirlərin keçirilməsinə 40 min manat nəzərdə tutulmuşdusa, cari çempionatda belə meyarlar yer almayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 18:10 Çək və bizə göndər!