
Tanınmış futbol agenti Erkin İbrahimov vətəni tərk edib.
O, Avropaya işsüzar səfərə yollanıb.
İlk dayanacağı Almaniya olan İbrahimov burada “Ştutqart II” – “Viktoriya Köln” və “Ştutqart” – “Frayburq” qarşılaşmalarını izləyib, həmçinin bu ölkədə yaşadığı tanış agent və futbolçu yoldaşları ilə görüşüb.
Həmyerlimiz daha sonra Çexiyaya üz tutub.
Burada yüksək liqa çərçivəsində “Bohemians 1905” – “Viktoriya Plzen”, “Dukla” – “Banik Ostrava”, “Sparta Praqa” – “Mlada Boleslav” oyunlarına tribunadan baxan azərbaycanlı agent diqqətini çəkən futbolçularla bağlı qeydlərini aparıb.
Bu səfərin səsi yayda çıxacaq. Premyer Liqa klubları futbolçu axtarışına çıxanda, İbrahimov dəftərçəsindəki adları onlara təqdim edəcək.
Təbii ki, klubları ilə müqavilə müddəti başa çatan oyunçular ön planda olacaq.
HƏBİB / SPORTINFO/AZ