​​​​​​​Daha 3 itkin şəhidimiz dəfn olunacaq - FOTO

18 Aprel 07:10 Araşdırma 221
​​​​​​​Daha 3 itkin şəhidimiz dəfn olunacaq - FOTO

Daha 3 itkin şəhid dəfn ediləcək.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, Mübariz Sabəddin oğlu Hüseynov aprelin 18-i saat 12:00-da Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi Şəhidlər xiyabanında, Ələsgər Fərzalı oğlu Mirzəliyev saat 13:30-da Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi Lələtəpə qəbiristanlığında, Münasib Namaz oğlu Mehdiyev saat 14:00-da Samux rayonu, Qovlarsarı kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"