
Xiyar vitamin və minerallarla zəngin tərəvəzdir. Bu gün süfrələrin əvəzolunmaz qidalarından biridir.
Bu tərəvəz tərkibindəki A, B, C, K vitaminləri, kalium, maqnezium və fosfor ilə sağlamlıq üçün çox faydalıdır.
Xiyar xroniki xəstəliklərin riskini azaltmağa və immuniteti dəstəkləməyə kömək edən antioksidanlar və iltihab əleyhinə birləşmələri ehtiva edir.
Xiyar mədə bölgəsindəki yağları əridir, xəstəliklərə tutulma riskini azaldır, artıq suyu orqanizmdən çıxarır. Tərkibindəki vitamin və minerallarla yanaşı, lifli qida olduğu üçün mədə və bağırsaqlara da müsbət təsir göstərir.
Bədənin gündəlik lif və su ehtiyaclarını qarşılamağa kömək edir. Kalorisi az olduğundan, porsiya ölçüsünü məhdudlaşdırmadan istehlak etmək olar.
Bu tərəvəz arıqlamağa, aclıq hissini yatırmağa kömək edir. Ödəmin aradan qaldırılmasını asanlaşdırır. Tərkibində yüksək miqdarda dəmir olduğu üçün qan azlığı üçün faydalıdır.
Həmçinin baş ağrılarının şiddətini azaltmaq üçün lazım olan mineralları və vitaminləri ehtiva edir. Stressli bir günün ardından bir neçə dilim xiyar yemək növbəti günə daha sakit oyanmağa yardımçı olur. Eləcə də yuxu keyfiyyətini yaxşılaşdırır.
Xiyar qan təzyiqini nəzarət altında saxlayır, qan şəkərini balanslaşdırır. Xolesterolu azaltmağa kömək edir, ürək sağlamlığını dəstəkləyir.
Ağızda quruluğun və qoxunun qarşısını alır. Sümüklərin və toxumaların sağlamlığını qoruyur, ağrıları aradan qaldırır. Bundan başqa sidikqovucu xüsusiyyətə malikdir.
Tərkibindəki yüksək su sayəsində dərini nəmləndirir və parlaq edir. Ekzema kimi dəri xəstəliklərinə qarşı təsirlidir. Günəş yanıqlarına yaxşı təsir göstərir və göz altındakı qaralıqları aradan qaldırmağa yardımçı olur.
Saçların bərpa olunmasını və sağlam uzanmasını təmin edir. Baş dərisindəki hüceyrələri gücləndirir.
Tərkibindəki C vitamini ilə göz şişkinliyini azaldır.
Dadı acı olan xiyarların istehlakı dəri allergiyasına səbəb ola bilər.