“Qarabağ” oldu, ya olmadı - Qurbanov əlini cibinə atmağa “tövbə” edib?

16 Aprel 17:20 Araşdırma 2 467
“Qarabağ” oldu, ya olmadı - Qurbanov əlini cibinə atmağa “tövbə” edib?

Premyer Liqanın XXX turunda keçirilən “Səbail” – “Qarabağ” oyununda hakimlərə çox iş düşməyib.

Sportinfo.az xəbər verir ki, baş hakim Tural Qurbanov “ASCO Arena”dakı görüşdə əlini bir dəfə də olsun cibinə atmayıb.

Bu, Qurbanovun cari mövsüm üçüncü belə matçıdır. Maraqlıdır ki, o, bu komandaların birinci dövrədəki görüşündə də vərəqəyə ehtiyac duymayıb.

Həmin vaxt “Qarabağ” evdə 2:1 hesabı ilə qalib gəlmişdisə, ötən tur rəqibini səfərdə 4:1 hesabı ilə məğlub edib.

Tural Qurbanov 28-ci turun “Sumqayıt” – “Sabah” qarşılaşmasında da hər iki komandaya oynamaq imkanı verib. Görüşdə vərəqə olmasa da, azarkeşlər 6 qol (3:3) izləmişdilər.

Tural Qurbanovdan başqa yalnız Rauf Cabarovun idarə etdiyi oyunlarda belə hal müşahidə olunub.

Cabarovun baş hakim olduğu XVII turun “Zirə” – “Turan Tovuz” (0:0) və XXV turun “Sumqayıt” – “Qarabağ” (0:2) matçında komandalar vərəqəsiz ötüşə biliblər.

Ümumiyyətlə, Qurbanov mövsümün bu anına qədər Premyer Liqada 12 qarşılaşmaya baş hakim kimi təyinat alıb. O, 10-dan çox oyun idarə edən 8 hakim arasında ən az vərəqə göstərən referidir – 35 sarı, 2 qırmızı.

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!