“Qarabağ” 21, “Sabah” 40 pillə gerilədi - Dünya reytinqi

13 Aprel 19:25 Araşdırma 351
“Qarabağ” 21, “Sabah” 40 pillə gerilədi - Dünya reytinqi

Klubların dünya reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, İFFHS-in cədvəlində planetin 510 ən yaxşı komandası yer alıb.

Siyahıda Azərbaycanı 4 klub təmsil edib. “Qarabağ” 138,50 xalla dünyada 124-cüdür. Ağdam klubu ötən ayla müqayisədə 21 pillə geriləyib.

“Zirə” 100,75 xalla 220-cidir. Bakı klubu 1 pillə geriləyib.

“Sabah” 64,75 xalla 393-cüdür. Paytaxt təmsilçisi 40 pillə geriləyib.

“Top-510”a daxil olan “Araz-Naxçıvan” 55 xalla 492-cidir. Naxçıvan təmsilçisi 37 pilləlik sıçrayışla irəliləyib.

Cədvələ 508 xalla “Real” başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 17:20 Oralarda bir Emil var...