
Jeremi Matye "Valensiya"dakı əla çıxışı və "Barselona"dakı parlaq, lakin mübahisəli dövrü ilə yaddaşlarda qalıb.
Fransız müdafiəçi Lionel Messi ilə bərabər oynayıb və Çempionlar Liqasının qalibi olub.
O, peşəkar karyerasını 5 il əvvəl - 36 yaşında bitirib. İndi isə satıcı kimi çalışır. Sual yaranır: Niyə?
Matye yaxşı müdafiəçi olsa da, meydanda heç vaxt fərqlənməyib. Fransalı futbolçu bütün karyerası ərzində 23 qol vurub ki, bu da mərkəz müdafiəçisi üçün normal rəqəmdir. Jeremi 18 il ərzində "Soşo", "Tuluza", "Valensiya", "Barselona" və "Sportinq"in (Lissabon) formasını geyinib.
Müdafiəçi Fransa millisinin üzvü olsa da da, heç vaxt əsas heyət üzvü olmayıb. Ümumilikdə o, yığmada 5 oyun keçirib. Hamısı yoldaşlıq görüşlərinə təsadüf edib. Jereminin adı Avro-2012 və DÇ-2014 üçün "xoruzlar"ın iştirak ərizəsinə daxil edilsə də, heç bir matçda meydana çıxmayıb.
2020-ci ildə futbolçu dizindən aldığı ciddi zədə səbəbindən karyerasını başa vurub. Ancaq sağaldıqdan sonra yenidən futbola qayıdıb və həvəskar "Luynes Sports"a Fransada regional liqalardan birini qazanmağa kömək edib. Yalnız 2023-cü ildə 40 yaşlı Matye, nəhayət futboldan ayrılmaq qərarına gəlib.
O, güclü siqaret aludəçisi kimi yadda qalıb Hətta "Valensiya" və "Barselona"da oynadığı müddətdə siqaret çəkib. Sözlərinə görə, pis vərdiş onun fiziki hazırlığına heç bir təsir göstərməyib.
Adətən keçmiş futbolçular məşqçi, menecer və ya komanda administratoru olurlar. Yəni öz sahələrində qalırlar. Matyenin yeni işi isə statusu ilə heç də əlaqəli deyil. Çempionlar Liqasının qalibi hazırda idman geyimləri mağazasında satıcı köməkçisi kimi çalışır.
Sensasiyalı xəbəri Marseldəki mağazalardan birində Ceremini qəfil aşkar edən müxbirləri veriblər. Keçmiş futbolçu sinəsinə adı yazılan fotosessiyaya çəkilib. Foto böyük səs-küyə səbəb olub.
Nə mağazadan, nə də futbolçudan rəsmi şərh yoxdur. Bəzi mənbələr Jereminin sadəcə satıcı deyil, şöbə müdiri olduğunu və həmin gün satış şöbəsindəki həmkarını əvəz etməli olduğunu iddia edir.
Təxmini hesablamalara görə, o, bonuslar istisna olmaqla, "Barselona"da ildə 5 milyon avroya qədər qazanıb. Maddi durumu yaxşı olduğundan, Matye satış sahəsində qalmaq niyyətində deyil. O, hazırda məşqçi olmaq üçün təhsil alır.
Heybət