Əhalini sevindirəcək xəbər VAR: Yeni artımlar olacaq - VİDEO

26 Mart 07:20 Araşdırma 864
Əhalini sevindirəcək xəbər VAR: Yeni artımlar olacaq - VİDEO

Müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə verilən 3 ay müddət başa çatır.

Bunu millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq yaxın zamanlarda müavinət və təqaüdlərdə də artımlar olacaq.

"Builki sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə edəcək və bu məqsədlə əlavə olaraq 1.5 milyard manatdan çox vəsaitin ayrılması nəzərdə tutulub. Bu isə o deməkdir ki, sosial paket maaş və pensiya artımları ilə məhdudlaşmayacaq",-deyə deputat əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti