Millimizin oyunu onun üçün tarixə düşəcək – Masazırdan Masazıra

25 Mart 19:00 Araşdırma 373
Millimizin oyunu onun üçün tarixə düşəcək – Masazırdan Masazıra

Azərbaycan seçməsi martın 22-də növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Bu dəfəki rəqib yaxın keçmişdə Millətlər Liqasında qarşılaşdığımız Belarus millisidir.

“Bank Respublika Arena”da baş tutacaq görüşü gürcüstanlı Aleko Aptsiauri idarə edəcək. Yan xətlərlə ona həmyerliləri Davit Axvlediani ilə Davit Qabisoniya kömək edəcəklər.

Dördüncü hakim funksiyasını həmyerlimiz Tural Qurbanov yerinə yetirəcək.

Bu matç 34 yaşlı Aleko üçün tarixi əhəmiyyət daşıyır. Gürcü referi 2019-cu ildən beynəlxalq oyunlara təyinat alsa da, indiyə qədər heç vaxt Avropa meydanlarında əsas söz sahibi olmayıb.

Avrokuboklarda 9, əsas milli komandalar səviyyəsində 5 qarşılaşmanın iştirakçısı olan ədalət təmsilçisi bütün hallarda “dördüncü” funksiyasını yerinə yetirib.

Odur ki, Azərbaycan –Belarus dueli Aptsiaurinin baş hakim qismində ilk rəsmi oyunu kimi tarixə düşəcək.

Yeri gəlmişkən, səbəbkar indiyə kimi bizimkilərin iki matçına dördüncü hakim qismində təyinat alıb.

2018-ci ilin noyabrında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Tbilisidə İsraili qəbul edən U-19 yığmamızın qarşılaşması belçikalı hakimlərə tapşırılsa da, Aleko dördüncü hakim qismində bizimkilərin 1:4 hesablı məğlubiyyətinə tamaşa edib.

Növbəti belə hadisə 2023-cü ilin yayına təsadüf edib. Bu dəfə Konfrans Liqasında “Partizan”ı qəbul edən “Sabah” öz meydanında 2:0 hesablı qələbəyə sevinəndə, məhz haqqında danışılan hakim “dördüncü” funksiyasını yerinə yetirib.

Maraqlıdır ki, 2023-cü ildə olduğu kimi, Aptsiauri bu dəfə də Masazırda yerləşən “Bank Respublika Arena”nın qapılarından içəri daxil olacaq. Lakin bu dəfə ehtiyat yox, əsas hakim kimi.

Bu axşam Azərbaycan və Belarus milliləri arasında keçiriləcək oyunun start fiti saat 21:45-də çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 22:05 "Problem olmayacaq"
March
2025
SunMonTueWedThuFriSat