Xərçəngdən qorunmaq üçün 53 vacib tövsiyə - Bunları edin

25 Mart 08:10 Araşdırma 212
Xərçəngdən qorunmaq üçün 53 vacib tövsiyə - Bunları edin

Türkiyəli professor, İstanbul Universitetinin Onkologiya İnstitutunun rəhbəri Erkan Topuz xərçəng xəstəliyindən qorunmaq üçün 53 vacib tövsiyə verib.

O, həmin tövsiyələri aşağıdakı kimi sıralayıb:

1. Gündə azı 6-7 saat qaranlıq otaqda yuxlayın.
2. Həftədə azı 6 gün tez yatın, tez durun.
3. Elektronik əşyalardan uzaq durun. İşlətmədiyiniz vaxtlarda açıq və yanınızda saxlamayın.
4. Kompüterinizi açıq saxlamayın.
5.Telefonla qısa danışın, bu müddət 30 saniyəni ötməsin.
6. Şampunlar və duş gelləri kanserogendir. Bədəninizi sabunla təmizləyin və bol su ilə durulayın.
7. Zaman-zaman ayaqyalın torpaqda gəzin.
8. Geyindiyiniz çəkələyin plastik olmamasına diqqət yetirin.
9. Mobil telefonunuzu gecə yatdığınız otaqda saxlamayın.
10. Həftədə 4 dəfə balıq yeyin və balıq supu için. Balığın qılçığı xərçəngin qarşısını alır. Mümkünsə, balığı qılçıqlı yeyin.
11. Zəncəfildən bol-bol istifadə edin, salatlara, yeməklərə əlavə edin.
12. Gündə 2 stəkan pomidor suyu için.
13. Duzdan istifadə etmək istəyirsinizsə, qaya duzu işlədin.
14. Çoxlu zeytun yeyin. Səhər yeməyi zamanı bir xörək qaşığı zeytun yağının içərisinə kəklikotu, nanə və sarı kök əlavə edib yeyin.
15. Qara düyü yeyin.
16. Yağsız pendir və keçi pendiri yeyin.
17. Həftədə ən çox 2 dəfə qırmızı ət yeyin.
18. Dərman qəbul etməyənlər yaşıl çay, böyürtkən, gicitkən, limon qabığını qarışdırıb gündə iki stəkan içsin.
19. Əgər dərman içmirsinizsə və ya dərmandan 6 saat sonra bir stəkan qreyfut suyu için.
20. Sintetik yastıq, yorğandan istifadə etməyin. Pambıq olanlar daha yaxşıdır.
21. Mətbəxdə teflon istifadə etməyin, əvəzinə şüşə, polad və saxsı qablarda yemək bişirin.
22. Sintetik material olan xalı işlətməyin.
23. Evdə ayaqqabı ilə gəzməyin.
24.Təbii meyvə-tərəvəz yeyin. Ən azı meyvə-tərəvəzi mövsümündə yeyin.
25. Fəstfud kanserogendir.
26. Acı bibər xərçəngin dərmanıdır.
27. Həftədə azı 1 dəfə kənd yumurtası yeyin və xüsusilə də yumurtanın ağını çox yeyin.
28. Alma sirkəsi maddələr mübadiləsini sürətləndsirir. Gündə 1 çay qaşğı için. Diqqətli olun, qadınlarda sümük əriməsinə səbəb olur.
29. Hər səhər ac qarına 1 stəkan ilıq su için.
30. Alça qurusu, böyürtkən və çiyələk yeyin.
31. Hovuzlarda istifadə edilən xlor kanserogendir. Girsəniz də, tez çıxın və duş alın.
32. Qızartma əvəzinə xaşlama və buğlama yeyin.
33. Mikrodalğalı sobadan uzaq durun.
34. Yanmış qidalar kanserogendir.
35.Dişinizi fırçalamağa başlamazdan əvvəl fırçanı islatmayın.
36. Paltarların kimyəvi təmizlənməsi kanserogendir.
37. Almanı qabıqlı yeyin.
38. Meyvə-tərəvəzi əvvəlcə alma sirkəli suda 20 dəqiqə gözlədin, yuyun və sonra yeyin.
39. Brokoli, gül kələm, ispanaq, kələm, qırmızı turp, qara turp, yerkökü, cəfəri, şüyüd, tərə yeyin.
40. Ən yaşıl, ən qırmızı və ən sarı olan qidaları yeyin.
41. Çin istehsalı olan heç nəyi işlətməyin.
42. Süd yerinə ayran və qatıq yeyin. Çünki heyvanın yediyi gübrəli otların qalıntıları südə qarışa bilir.
43. Fındıq, fıstıq və qozu qabıqlı alın, özünüz sındırıb yeyin.
44. Tumlu qarpız mövsümündə çox faydalıdır.
45. Meyvə suyu əvəzinə təzə meyvə yeyin. Meyvə suyu kökəldir.
46. Hərəkətli həyat tərzi keçirin.
47. Oksigenin bol olduğu mühitdə gündə azı 30-45 dəqiqə gəzintiyə çıxın.
48. Siqaret çəkirsinizsə, 85%-90% ağciyər xərçəngi olacaqsınız və infarkt keçirəcəksiniz. Dərhal siqareti atın.
Siqareti atdıqdan sonra biyan kökünü və qara palıd qabığını üyüdərək, bədəni daha asan təmizləməyə kömək edən məhsullardan istifadə edin.
49. Stresdən uzaq durun.
50. Ailə sevgisinə bağlı olun ki, stresin təsirləri azalsın.
51. Gündə bir çay qaşığı üzüm tumu və kətan toxumu qəbul edin.
52.Axşamlar bir stəkan kefir için.
53. Bütün neft məhsulları kanserogendir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Mart 11:30 Düzü budur elə!