
Mart ayında Bakıda hava şəraiti olduqca qeyri-müəyyən keçdi.
Ayın əvvəlində şaxtalı və qar yağışlı günlər müşahidə olundu.
Daha sonra temperatur sürətlə yüksələrək, orta günlərdə sanki yay aylarını xatırladan günəşli və mülayim hava hökm sürdü.
Ayın sonuna yaxın isə hava yenidən dəyişkən xarakter aldı – güclü küləklər, ara-sıra yağıntılar və buludlu günlər üstünlük təşkil etməyə başladı.
Bəs martın son günlərində Bakını hansı hava şəraiti gözləyir?
Qar yağması mümkündürmü, yoxsa mülayim yaz havası davam edəcək? Mövcud hava proqnozlarına əsasən, ayın son günlərində Bakıda əsasən dəyişkən və küləkli hava gözlənilir.
Temperatur gündüz saatlarında 7-19°C arasında dəyişəcək. Martın 24-də yağış və çiskin ehtimalı var, lakin ümumilikdə günlər əsasən mülayim keçəcək. Sinoptiklər Bakıda qar yağma ehtimalını çox aşağı qiymətləndirirlər.
Beləliklə, martın son günlərində Bakı sakinlərini əsasən buludlu, küləkli, bəzi günlərdə isə yağışlı hava gözləyir. Bununla belə, hava şəraitində ani dəyişikliklər mümkündür. (Yenisabah.az)