Hansı qan qrupunda xərçəngə tutulma riski daha yüksəkdir?

24 Mart 07:20 Araşdırma 260
Hansı qan qrupunda xərçəngə tutulma riski daha yüksəkdir?

Son araşdırmalar qan qruplarının bəzi xərçəng növlərinə tutulma riskinə təsir edə biləcəyini göstərib.

İranda 50.000 insan üzərində aparılan tədqiqat nəticəsində A (II), B(III) və AB(IV) qan qruplarına sahib şəxslərin xərçəngə daha meylli olduğu müəyyən edilib.

Xüsusilə mədə və mədəaltı vəzi xərçənginin bu qruplarda daha çox rastlandığı bildirilir.

Araşdırma nəticələrinə görə, A qan qrupu olan insanların bağırsaq xərçənginə tutulma riski digər qan qrupları ilə müqayisədə altıda bir dəfə yüksəkdir. AB qan qrupu olan şəxslərdə isə qaraciyər xərçəngi riski 45% daha çoxdur.

Bununla yanaşı, 0 qan qrupu (müsbət və ya mənfi) olan şəxslərin mədəaltı vəzi xərçənginə daha az tutulduğu müşahidə edilib.

Mütəxəssislər bildirir ki, qan qrupları həzm sistemi xərçəngləri ilə əlaqəli ola bilər və bu sahədə əlavə araşdırmalara ehtiyac var.

Qan qrupunun orqanizmin bakteriyalara qarşı reaksiyasına təsir etdiyi və bunun xərçəng riskini artıra biləcəyi ehtimal edilir.

Bu tapıntılar gələcəkdə xərçəngin qarşısının alınması və müalicəsi üçün yeni imkanlar aça bilər.//E-saglam.az

Digər Xəbərlər
Xəbər Lenti
25 Mart 11:30 Düzü budur elə!