Azərbaycan 2025-ci ildə hansı mötəbər yarışlara ev sahibliyi edəcək? – SİYAHI

23 Mart 03:00 Araşdırma 432
Azərbaycan 2025-ci ildə hansı mötəbər yarışlara ev sahibliyi edəcək? – SİYAHI

2025-ci ildə Azərbaycan idmançılarını bir neçə mötəbər yarış gözləyir.

Sözügedən turnirlər olimpiya idman növləri üzrə nəzərdə tutulub.

Sportinfo.az ənənəvi olaraq həmin yarışların siyahısını təqdim edir:

18-23 fevral. Kamandan oxatma üzrə qapalı məkanda Avropa çempionatı (Samsun, Türkiyə)

6-9 mart. Atletika üzrə qapalı məkanda Avropa çempionatı (Apeldorn, Niderland)

7-13 mart. 10 metr məsafəyə güllə atıcılığı üzrə Avropa çempionatı (Osiyek, Xorvatiya)

8-16 mart. Qadın boksu üzrə dünya çempionatı (Niş, Serbiya)

7-13 aprel. Güləş üzrə Avropa çempionatı (Bratislava, Slovakiya)

8-13 aprel. Badminton üzrə Avropa çempionatı (Hosns, Danimarka)

13-21 aprel. Ağırlıqqaldırma üzrə Avropa çempionatı (Kişinyov, Moldova)

23-27 aprel. Cüdo üzrə Avropa çempionatı (Podqoritsa, Monteneqro)

26-31 may. İdman gimnastikası üzrə Avropa çempionatı (Laypsiq, Almaniya)

29 may – 1 iyun. Akademik avarçəkmə üzrə Avropa çempionatı (Plovdiv, Bolqarıstan)

4-8 iyun. Bədii gimnastika üzrə Avropa çempionatı (Tallin, Estoniya)

13-20 iyun. Cüdo üzrə dünya çempionatı (Budapeşt, Macarıstan)

14-19 iyun. Qılıncoynatma üzrə Avropa çempionatı (Genuya, İtaliya)

19-22 iyun. Kanoe sprint üzrə Avropa çempionatı (Raçitse, Çexiya)

11 iyul – 3 avqust. Su idman növləri üzrə dünya çempionatı (Sinqapur, Sinqapur)

20-30 iyul. Qılıncoynatma üzrə dünya çempionatı (Tbilisi, Gürcüstan)

23 iyul – 7 avqust. 25, 50, 300 metr məsafəyə güllə və stend atıcılığı üzrə Avropa çempionatı (Şatoru, Fransa)

20-24 avqust. Kanoe sprint üzrə dünya çempionatı (Milan, İtaliya)

20-24 avqust. Bədii gimnastika üzrə dünya çempionatı (Rio-de-Janeyro, Braziliya)

25-31 avqust. Badminton üzrə dünya çempionatı (Paris, Fransa)

5-12 sentyabr. Kamandan oxatma üzrə dünya çempionatı (Kuancu, Cənubi Koreya)

13-21 sentyabr. Güləş üzrə dünya çempionatı (Zaqreb, Xorvatiya)

13-21 sentyabr. Atletika üzrə dünya çempionatı (Tokio, Yaponiya)

21-28 sentyabr. Akademik avarçəkmə üzrə dünya çempionatı (Şanxay, Çin)

3-12 oktyabr. Ağırlıqqaldırma üzrə dünya çempionatı (Förde, Norveç)

8-19 oktyabr. Stend atıcılığı üzrə dünya çempionatı (Afina, Yunanıstan)

19-25 oktyabr. İdman gimnastikası üzrə dünya çempionatı (Cakarta, İndoneziya)

24-30 oktyabr. Taekvondo üzrə dünya çempionatı (Usi, Çin)

6-9 noyabr. Batut gimnastikası üzrə dünya çempionatı (Pamplona, İspaniya)

6-18 noyabr. Güllə atıcılığı üzrə dünya çempionatı (Qahirə, Misir)

Həmçinin, may-iyun aylarında kişi boksu üzrə dünya çempionatı da keçiriləcək. Lakin bu yarışın dəqiq tarixi və məkanı hələ müəyyənləşməyib. Bu söz batut gimnastikası üzrə Avropa çempionatına da aiddir.

Bundan başqa, idmançılarımız multiidman yarışlarında da iştirak edəcək. Bunlar hansılardır?

4-14 aprel. III Ümumdünya Məktəb Yay Oyunları/Gimnaziada (Zlatibor, Serbiya) – 15 yaşadək idmançılar yarışır

16-27 iyul. XXXII Yay Dünya Universitet Oyunları (Reyn-Rur, Almaniya)

6-15 avqust. VI İslam Həmrəylik Oyunları (Ər-Riyad, Səudiyyə Ərəbistanı) – isti iqlimə görə vaxtı dəyişdirilərək payız aylarına salınacaq

7-17 avqust. XII Ümumdünya Oyunları (Çendu, Çin)

Həmçinin, bu il Azərbaycanda da bir neçə beynəlxalq yarış keçiriləcək. Onları da təqdim edirik:

12-16 fevral. Badminton üzrə qarışıq komandalar arasında Avropa çempionatı (Bakı)

14-16 fevral. Cüdo üzrə "Böyük Dəbilqə" turniri (Bakı)

22-23 fevral. Batut gimnastikası üzrə Dünya Kuboku (Bakı)

6-9 mart. İdman gimnastikası üzrə Dünya Kuboku (Bakı)

12-18 mart. Qız futbolu üzrə U-17 Avropa çempionatının seçmə mərhələsi (Bakı) – Azərbaycan, Lüksemburq, Bolqarıstan və Malta yığmaları mübarizə aparacaq

28-30 mart. AGF Zəfər Beynəlxalq Turniri (Bakı)

18-20 aprel. Bədii gimnastika üzrə Dünya Kuboku (Bakı)

1-4 may. Bədii gimnastika üzrə Avropa Kuboku (Bakı)

24-25 may. 3x3 basketbolu üzrə dünya çempionatının seçmə mərhələsi (Bakı)

30 may – 1 iyun. Qadın voleybolu üzrə Qızıl Avropa Liqası (Bakı) – Azərbaycan, Macarıstan və Sloveniya yığmaları dairəvi sistemlə mübarizə aparacaq

13-15 iyun. Kişi voleybolu üzrə Gümüş Avropa Liqası (Bakı) – Azərbaycan, Lüksemburq və Macarıstan yığmaları dairəvi sistemlə mübarizə aparacaq

Sentyabrın sonları–oktyabrın əvvəlləri. III MDB Oyunları (Gəncə və digər şəhərlərimiz)

Digər Xəbərlər
Xəbər Lenti