BİLİN: Azərbaycanda ən çox qazanan idmançılar kimlərdir? - SİYAHI

21 Mart 09:00 Araşdırma 499
BİLİN: Azərbaycanda ən çox qazanan idmançılar kimlərdir? - SİYAHI

2024-cü ildə fərdi olimpiya növlərində ən çox mükafat qazanan Azərbaycan idmançıları bəlli olub.

Sportinfo.az xəbər verir ki, İdman.biz təmsilçilərimizin ötən il əldə etdiyi açıqlanan rəsmi qazanca görə liderləri müəyyənləşdirib.

Ən çox mükafat alan “Top-7”-də Paris-2024 Yay Olimpiya Oyunlarının medalçıları yer alıblar. Onlara dövlət və Milli Olimpiya Komitəsi (MOK) tərəfindən bu medala görə böyük mükafat verilib.

Müxtəlif federasiyalar, sponsorlar və digər açıqlanmayan mənbələrdən olan qazancları nəzərə almasaq, Hidayət Heydərov ilin ən zəngin idmançısı olub.

Olimpiya, dünya və Avropa, həmçinin “Böyük dəbilqə” çempionluğu ilə “qızıl poker” edən cüdoçu təkcə ölkəmizdən deyil, beynəlxalq qurumlardan da mükafatlar alıb.

Digər cüdoçumuz Zelim Kotsoyev ikincidir. Alfonso Dominqes İBA Çempionlar gecəsindəki iştirak üçün aldığı qonorar hesablanmadan da üçüncüdür.

“Top-7”də yer alan idmançıların ümumi mükafatları 2 milyon 524 min 775 manat təşkil edib.

Azərbaycanda futbolçuların mükafat və ümumi qazancları rəsmən açıqlanmadığı üçün komanda idman növləri nəzərə alınmayıb.

1. Hidayət Heydərov (cüdo) – 692 min 372 manat
Olimpiya çempionu (dövlət) – 400 min manat
MOK - 200 min manat
Dünya çempionu (dövlət) – 20 min manat
Dünya çempionu (Beynəlxalq Cüdo Federasiyası (İJF)) – 26 min avro (48 min 97 manat)
Avropa çempionu (dövlət) – 15 min manat
“Böyük dəbilqə” çempionu (İJF) – 5 min avro (9 min 275 manat)

2. Zelim Kotsoyev (cüdo) – 668 min manat 97 manat
Olimpiya çempionu (dövlət) – 400 min manat
MOK - 200 min manat
Dünya çempionu (dövlət) – 20 min manat
Dünya çempionu (İJF) – 26 min avro (48 min 97 manat)

3. Alfonso Dominqes (boks) – 361 min manat
Olimpiya gümüşü (dövlət) – 200 min manat
MOK - 100 min manat
İBA (Beynəlxalq Boks Assosiasiyası) – 25 min dollar (42 min 500 manat)
Avropa çempionatının bürüncü (dövlət) – 10 min manat
Avropa çempionatının bürüncü (İBA) – 5 min dollar (8 min 500 manat)

4. Qaşim Maqomedov (taekvondo) – 310 min manat
Olimpiya gümüşü (dövlət) – 200 min manat
MOK - 100 min manat
Avropa çempionatının bürüncü (dövlət) – 10 min manat

5.Həsrət Cəfərov (yunan-Roma güləşi) – 168 min 859 manat
Olimpiya bürüncü (dövlət) – 100 min manat
MOK - 50 min manat
Avropa çempionu (dövlət) – 15 min manat
Qran-pri qızılı (Dünya Güləş Birliyi, (UWW)) – 1500 İsveçrə frankı (2 min 894 manat)
Qran-pri bürüncü (UWW) – 500 İsveçrə frank (965 manat)

6. Maqomedxan Maqomedov (sərbəst güləş) – 164 min 447 manat
Olimpiya bürüncü (dövlət) – 100 min manat
MOK - 50 min manat
Avropa çempionatının gümüşü (dövlət) – 13 min manat
Qran-prinin gümüşü (UWW) – 750 İsveçrə frankı (1447 manat)

7. Giorgil Meşvildişvili (sərbəst güləş) – 160 min manat
Olimpiya bürüncü (dövlət) – 100 min manat
MOK - 50 min manat
Avropa çempionatının bürüncü (dövlət) – 10 min manat

Digər Xəbərlər
Xəbər Lenti
21 Mart 11:30 Bir balaca cəld olun!
21 Mart 08:00 Azərbaycana yaz gəldi