Həyatın sonu üçün TARİX VERDİLƏR: “İnsanlar başqa planetə köçəcəklər”

21 Mart 07:40 Araşdırma 265
Həyatın sonu üçün TARİX VERDİLƏR: “İnsanlar başqa planetə köçəcəklər”

ABŞ-nin Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) və Yaponiyanın Toxo Universitetinin (Yaponiya) alimləri Yer kürəsində həyatın yox olması ilə bağlı yeni ssenarini təqdim ediblər.

Yapon və amerikalı elm adamlarının proqnozları planetdə oksigen çatışmazlığına əsaslanır.

Alimlərin riyazi hesablamalarına görə, bu proses atmosfer dəyişikliklərinin həyatı qeyri-mümkün edəcəyi təxminən 1 milyard il sonra baş verəcək.

Yer kürəsində həyatı sona aparan əsas səbəblərdən biri Günəşin tədricən genişlənməsi ilə əlaqəlidir.

Zamanla Günəş daha da isinəcək, bu da atmosferin tərkibinin dəyişməsinə və oksigen səviyyəsinin kəskin azalmasına səbəb olacaq. Nəticədə, Yer demək olar ki, bütün canlı orqanizmlər üçün yaşayış baxımından yararsız hala düşəcək.

Alimlərin fikrincə, bu proses 1 000 002 021-ci ildə başlayacaq. Bununla belə, qeyd olunur ki, texnoloji inkişaf bəşəriyyətin yeni şəraitə uyğunlaşmasına və ya başqa planetlərə köçməsinə imkan verə bilər.

Digər Xəbərlər
Xəbər Lenti
21 Mart 11:30 Bir balaca cəld olun!
21 Mart 08:00 Azərbaycana yaz gəldi