Ramin Musayev biznesə başladı: "Fermam, atlarım, qoyun-quzu və inəklərim var"

00:50 Araşdırma 153
Ramin Musayev biznesə başladı: "Fermam, atlarım, qoyun-quzu və inəklərim var"

Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti Ramin Musayev biznes fəaliyyətinə başlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Musayevin özü məlumat verib.

O, 2022-ci ildə PFL-dən istefa verdikdən sonra inşaat sahəsinə yönəldiyini bildirib:

“1985-ci ildə İnşaat Mühəndisləri İnstitutunun (hazırkı Azərbaycan Memarlıq və İnşaat Universiteti - red.) İnşaat fakültəsini bitirmişəm və indi həmin sahədə çalışıram. Tək deyiləm, qohum-əqrəba ilə birlikdə binaların tikintisini həyata keçiririk".

62 yaşlı mütəxəssis vəzifədən ayrıldıqdan sonra futboldan uzaqlaşma səbəbini də açıqlayıb:

“Öz çalışdığım sahə var. Novxanı kəndində bağ evimdə qalır, dincəlirəm.

Fermam, atlarım, qoyun-quzu və inəklərim var. Atlarımı at yarışına buraxmıram, incitmirəm. Belə demək olarsa, öz həyatımı yaşayıram”.

Ramin Musayev 2004 - 2008-ci illərdə “Neftçi”nin vitse-prezidenti, 2008 - 2022-ci illərdə isə PFL-in prezidenti kimi çalışıb. ("Teleqraf")

Digər Xəbərlər
Xəbər Lenti