Oxşar olaya azərbaycanlı və avropalı baxışı: Avropada belə penalti verməzlər? - VİDEO

14:00 Araşdırma 186
Oxşar olaya azərbaycanlı və avropalı baxışı: Avropada belə penalti verməzlər? - VİDEO

Dünən Çempionlar Liqasında növbəti oyunlar keçirildi.

Azərbaycan futbolunu yaxından izləyən biri kimi Avropanın ən mötəbar klub yarışını izləyərkən belə bir ağlım çoxunun ağız büzdüyü, bəyənmədiyi Premyer Liqamızda idi.

“Lill” – “Borussiya Dortmund” oyununda isə dejavü yaşadım. Oyunun 52-ci dəqiqəsində Dortmund klubunun hücumçusu Seru Qirassi rəqibin cərimə meydançasında yerdə qaldı.

Müdafiəçi Tomas Menye qapıya doğru şığıyan hücumçunu cərimə meydançası daxilində əllə itələyərək yıxır. Oyunun baş hakimi, isveçrəli Sandro Şerer tərəddüd etmədən 11 metrlik nöqtəni göstərir, hələ üstəlik Menyeni sarı vərəqə ilə də cəzalandırır.

Epizodla 3:28:46-cı dəqiqədə tanış ola bilərsiniz.

Bir az “beynimin rəflər”ini qarışdırandan sonra bu epizodu hardan xatırladığmı aşkar edə bildim. Misli Premyer Liqasının 19-cu turu – “Neftçi” - “Sabah” oyunu.

Matçın 65-ci dəqiqəsində “Neftçi”nin müdafiəçisi Yuri Matias cərimə meydançasına daxil olan “Sabah”ın üzvü Xəyal Əliyevi iki əllə itələyib yıxsa da, oyunun baş hakimi Kamal Umudlunun fitindən səs çıxmır.

VAR-da oturan Tural Qurbanov da epizodu adi oyun epizodu kimi dəyərləndirir və baş hakim hətta epizodun təkrarına baxmaq üçün də çağırılmır.

Qeyd edilən epizodla da:31:32-ci dəqiqədə tanış ola bilərsiniz.

Çox maraqlıdır ki, qeyd edilən epizodda penaltinin olub-olmaması müzakirə edilərkən bir çoxu “Avropada belə toxunuşlara penalti verməzlər” deyirdi.

Amma dünənki “Lill” – “Borussiya” oyununda gördük ki, Avropada nəinki belə epizoda görə penalti verirlər, hələ müdafiəçini bunun üzərində sarı vərəqəyə də “qonaq edirlər”.

İndi kim deyə bilər, hansı hakim doğru qərar verib? Avropalı Şerer, yoxsa azərbaycanlı Kamal Umudlu? Qərarı sizin öhdənizə buraxıram...

Xəlil Sadıq

Digər Xəbərlər
Xəbər Lenti