
UEFA 2023/24 mövsümünün maliyyə hesabatını açıqlayıb.
Sportinfo.az xəbər verir ki, sənəddə Azərbaycan futbolu ilə bağlı göstəricilər də yer alıb.
Premyer Liqa klublarının ümumi gəlirləri 63 milyon avro təşkil edib. Bunun 12 milyonu UEFA-dan gələn vəsaitlərdir. Azərbaycan çempionatı teleyayım hüququndan heç bir gəlir götürməyib.
Əməkhaqqı xərcləri 38 milyona bərabər olub. Klublarımız transferlərdə 2,9 milyon ziyana düşüblər.