
Ramazan ayı boyu tutulan oruc bədəni zərərli maddələrdən təmizləməkdə çox böyük rol oynayır.
Orucun həzm, qaraciyər, mədəaltı vəzi, ürək, beyin və immunitet sistemi də daxil olmaqla bir çox orqan üçün faydaları var.
Oruc kalori qəbulunu məhdudlaşdıraraq və maddələr mübadiləsini sürətləndirərək bədəndəki yağ yandırma prosesini dəstəkləyir.
Bundan əlavə, oruc tutmaq orqanizmin uzun müddət ac qalması nəticəsində insulin müqavimətini və qan şəkərini azaltmağa kömək edir.
Oruc tutmaq qan təzyiqi və xolesterin səviyyələrini azaltmağa yardımçı olur. Bununla da ürək sağlamlığının qorunmasında böyük rol oynayır.
Orucun insan orqanizminə xeyrinə nəzər salaq:
- Yağların yandırılmasını sürətləndirir.
- Mədə və bağırsaqları rahatlaşdırır.
- Pis xolesterini aşağı salır.
- Qaraciyər sağlamlığı üçün faydalıdır.
- Qan şəkərini balanslaşdırır.
- Orqanizmi toksinlərdən təmizləyir.
- Zehni funksiyaları gücləndirir.
- Bədəni xətəliklərə qarşı gücləndirir.
- Dərini canlandırır və parlaqlıq verir.
- İmmunitet sistemini gücləndirir.
- Ürək sağlamlığını qoruyur.
- İltihabı azaldır.
- Hüceyrələri bərpa edir və qocalmanı gecikdirir.
- Mənəvi və psixoloji rahatlama təmin edir.
- Bağırsaq sağlamlığını dəstəkləyir.
Bəzi qrup insanlar var ki, onlara oruc tutmaq qətiyyən tövsiyə olunmur. Onlar südverən analar, hamilə qadınlar, onkoloji pasiyentlər, ürək damar xəstəliyindən əziyyət çəkənlər, aşağı təzyiqi olanlar və diabetli xəstələridir.