Tanınmış şəxs Azərbaycanda olay olan bu VİDEOya görə “Sportinfo”ya nə söylədi?

14:40 Araşdırma 359
Tanınmış şəxs Azərbaycanda olay olan bu VİDEOya görə “Sportinfo”ya nə söylədi?

Premyer Liqanın 25-ci turunun "Sabah" - "Araz-Naxçıvan" oyununda (2:2) mübahisəli məqam yaşanıb.

Belə ki, 82-ci dəqiqədə "Araz-Naxçıvan"ın cərimə meydançası daxilində top bu komandanın yarımmüdafiəçisi Vadim Abdullayevin qoluna dəysə də, baş hakim Rəvan Həmzəzadə “davam” işarəsi verib.

Epizoda VAR da müdaxilə etməyib. "Sabah" tərəfi epizodun penalti olduğu qənaətindədir.

Türkiyənin tanınmış futbol eksperti, sabiq FİFA referisi Deniz Ateş Bitnel bununla bağlı “Sportinfo TV”yə danışıb.

Bildirib ki, Abdullayevin qolu bədənə yaxındır və topdan qaçmağa çalışır:

"Top hücum oyunçusunun ayağından çıxarkən futbolçunun duruşu dirsəyi açıq olmasına baxmayaraq, çox təbiidir. O, qolunu tamamilə arxa tərəfə çəkib.

Burada çiyinlə vücud hərəkəti edir, sanki əllə oynayıb təəssüratı bağışlayır. Bu tamamilə təbii haldır, hakimin davam qərarı doğrudur".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti