
Premyer Liqanın 25-ci turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.
Üç komandanın üç əsas siması cari futbol həftəsində forma geyinə bilməyəcək.
Bunlar “Qarabağ”ın müdafiəçisi Kevin Medina, “Sumqayıt”lı Səbuhi Abdullazadə və “Zirə”nin “vuran ayağı” Rafael Utziqdir.
Kevin “Neftçi”ylə görüşdə aldığı “qırmızı”nın bədəlini ödəyəcək, Səbuhi ilə Rafael sarı vərəqə limitini doldurduqları üçün cəzalı duruma düşüblər.
Martın 3-də “Səbail” – “Şamaxı”, “Sumqayıt” – “Qarabağ”, ertəsi “Turan Tovuz” – “Zirə”, “Sabah” – “Araz-Naxçıvan”, martın 5-də “Kəpəz” – “Neftçi” qarşılaşmaları baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ