“Sabah” və “Araz-Naxçıvan” ən yaxşı nəticələrə imza atdı

2 Mart 02:50 Araşdırma 232
“Sabah” və “Araz-Naxçıvan” ən yaxşı nəticələrə imza atdı

İki komanda tarixində ilk dəfə Azərbaycan Kubokunun yarımfinalında oynayacaq.

Sportinfo.az xəbər verir ki, cari mövsümədək 1/4 final səddini adlaya bilməyən “Sabah” və “Araz-Naxçıvan” kubok tarixində ən yaxşı nəticələrinə imza atıb.

Bir mövsümdə iki klubun ilk yarımfinalına çıxması son 21 ilin rekordunun təkrarıdır. 2022/23 mövsümündə də indiki kimi 2 komanda ilkə imza atıb. Həmin vaxt “Səbail”lə “Turan Tovuz” fərqlənib.

Daha çox komandanın yarımfinala yeni ad olmasına sonuncu dəfə 2004/05 mövsümündə təsadüf olunub. Həmin vaxt “MKT-Araz”, “İnter” və “Xəzər Lənkəran” ilk dəfə yarımfinala adlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 Mart 03:50 Yeni lider var!
2 Mart 02:20 Emilgül yenə uduzdu