
Dünyanın ən yaxşı 23 yaşadək yarımmüdafiəçiləri açıqlanıb.
Sportinfo.az xəbər verir ki, CİES planetin 46 liqası üzrə yerdə ən yaxşı müdafiə qabiliyyətinə malik oyunçuları üzə çıxarıb.
Siyahıda iki azərbaycanlı futbolçu da yer alıb. “Turan Tovuz”un futbolçusu Fərid Yusifli dünyada 85-cidir. Onun reytinqi 64,3--ə bərabərdir.
“Neftçi”nin yarımmüdafiəçisi Emil Səfərov 89-cu pillədə qərarlaşıb. Onun reytinqi 64,1-lə qiymətləndirilib.
Siyahıya Rokko Reyts başçılıq edir. Mönhenqladbax “Borussiya”sının futbolçusu 86,9 əmsala layiq görülüb.
“Barselona”lı Mark Kasado 84,9 reytinq xalı ilə 2-cidir. İlk “üçlüy”ü “Genk”in oyunçusu İbrahima Banqura qapayır – 83,5.
Gənc ulduzlardan Rayan Qravenberx (“Livepul”) 5-ci, Joao Neveş (PSJ) 6-cı, Eduardo Kamavinqa (“Real”) 9-cudur.