İki postu ilə vidalaşan Fərid Qayıbovu kim əvəzlədi?

19 Fevral 08:40 Araşdırma 447
İki postu ilə vidalaşan Fərid Qayıbovu kim əvəzlədi?

Milli Oimpiya Komitəsinin lX Hesabat-seçki Baş Məclisi keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə MOK-un yaydığı açıqlamada bildirilib

Baş Məclisdən sonra MOK-un yeni seçilmiş İcraiyyə Komitəsinin ilk iclası olub.

İclasda Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi, Çingiz Hüseynzadə vitse-prezident, İcra Aparatının rəhbəri, Zemfira Meftaxetdinova və Fərid Mansurov MOK-un vitse-prezidentləri seçiliblər.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İcra Aparatının rəhbəri, Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara ölkəmizdə idman və Olimpiya Hərəkatı sahəsindəki fəaliyyətlərində uğurlar arzulayıb.

Gənclər və idman naziri Fərid Qayıbov bu dəfə MOK-un vitse-prezidentliyi və İK üzlüyündə yer almayıb. Onu vitse-prezident vəzifəsində Fərid Mansurov əvəzləyib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”