20 il Rusiyadan Ermənistana, oradan da Qarabağa gizli silah daşınıb - SİYAHI

19 Fevral 07:30 Araşdırma 297
20 il Rusiyadan Ermənistana, oradan da Qarabağa gizli silah daşınıb - SİYAHI

2001-ci ilin əvvəllərindən 2021-ci il mayın sonlarınadək olan müddət ərzində Rusiyadan gizli üsullarla Ermənistana, oradan isə Ermənistanın hərbi təcavüzü nəticəsində əvvəllər işğal altında olmuş Azərbaycan ərazilərinə gətirilən silahların siyahısı açıqlanıb.

Bu barədə Bakıda separatçıların keçirilən məhkəməsində məlumat verilib.

Qeyd olunub ki, bu silahlar Azərbaycan ərazilərində qanunsuz olaraq qurulmuş mühəndis-istehkam mövqelərinə yerləşdirilməklə ölkəmizə qarşı təcavüzkar müharibədə istifadə edilib.

Söhbət “İsgəndər-M” əməliyyat-taktiki təyinatlı ballistik raket, “Toçka-U” taktiki raket kompleksi, “9K33 OSA” özüyeriyən zenit raket kompleksi, “S-8” idarə olunmaz təyyarə raketi, “Smerç”, “TOS-1A Solntsepek” sistemləri, “İqla-S” zenit-raket kompleksləri, tank əleyhinə idarəolunan “Konkurs” və “Kornet” raketləri, “RPQ-26” qumbaraatanları və digər iriçaplı odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğulardan gedir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”