Bakıda tıxac problemi necə həll ediləcək? - VİDEO

17 Fevral 07:20 Araşdırma 433
Bakıda tıxac problemi necə həll ediləcək? - VİDEO

Yusif Səfərov küçəsi, Babək və Heydər Əliyev prospektlərinin kəsişməsində ciddi inrastruktur dəyişikliyi olacaq.

Nəqliyyatın dayanmadan hərəkəti üçün həmin kəsişmədə fərqli səviyəli yol ötürücüləri və digər alternativ yolların yaradılması gözlənilir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, əsas hədəflərdən biri Babək prospekti ilə “ADA” universitetinin qarşısından keçən yolun birbaşa əlaqələndirilməsidir.

8 Noyabr prospektində də yeni layihələr icra ediləcək. Əsas hədəf “Nargilə dairəsi” kimi tanınan ərazidə sıxlığı aradan qaldırmaqdır.

Ekspert deyir ki, bundan başqa şəhərdə nəqliyyat axınının intensivliyini təmin etmək məqsədilə 8 Noyabr da daxil olmaqla 4 böyük əsas prospekti birləşdirən yeni yolun yaradılması da əsas hədəflərdəndir.

“Xəzərxəbər”in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”