
Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun Qərarına əsasən, 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Beləliklə, ölkəmizdə martın 20-dən aprelin 1-dək, yəni ardıcıl 12 gün qeyri-iş günüdür.
1, 2, 8, 9, 15 və 16 mart tarixlərinin də şənbə-bazara təsadüf etməsi ilə mart ayında qeyri-iş günlərinin sayı 18 gün təşkil etmiş olacaq.
Martın 30 və 31-i Ramazan bayramına təsadüf edəcək.
Ölkədə bayramdan sonra ilk iş günü isə aprelin 1-i olacaq.