![Premyer Liqa, I, II və III Liqa ilə bağlı yeni qərarlar - AFFA rəhbərliyi hazırlaşır…](https://www.sportinfo.az/media/2025/02/11/4.jpg)
AFFA İcraiyyə Komitəsinin (İK) növbəti toplantısı keçiriləcək.
Bu haqda federasiyadan saytımıza məlumat daxil olub.
Redaksiyamıza bildirilib ki, ali qərarverici orqanın fevralın 20-25-i aralığında bir araya gəlməsi nəzərdə tutulub.
İK-nin müzakirə etməli olduğu bir neçə məsələ var. Onların başında ölkə çempionatı ilə birbaşa əlaqəli mövzular var.
Belə ki, növbəti mövsümdən etibarən Premyer Liqada 12 klubun mübarizə aparacağına dair qərar verilsə də, yarışın reqlamentinə dair suallar hələ açıq qalıb.
Birinciliyin hansı format üzrə keçiriləcəyi, sonuncu yeri tutan komandanın birbaşa I Liqaya yuvarlanacağı, yoxsa aşağı dəstənin bürünc medalçısı ilə pley-off oyunlarına çıxacağı kimi suallar var.
Həmçinin I Liqa və II Liqanın tərkibi, III Liqanın yaradılması yönündə fikir mübadiləsinin aparılması gözlənilir.
SPORTİNFO.AZ