COP29

FOTO - FİFA-ya baş vuran azərbaycanlı futbolçu pulunu aldı

00:30 Araşdırma 86
FOTO - FİFA-ya baş vuran azərbaycanlı futbolçu pulunu aldı

FIFA Azərbaycan millisinin sabiq müdafiəçisi Bəxtiyar Həsənalızadənin şikayətini təmin edib.

Sportinfo.az xəbər verir ki, "Tuzlaspor" 32 yaşlı futbolçuya təzminat ödəyib.

Bu barədə oyunçunun hüquqlarını müdafiə edən vəkil Elcan Həsənli özünün sosial şəbəkə hesabında məlumat paylaşıb:

FIFA azərbaycanlı futbolçunun xeyrinə qərar çıxarıb

"Hüquqlarını müdafiə etdiyimiz Azərbaycan milli komandasının üzvü Bəxtiyar Həsənəlizadənin "Tuzlaspor"a qarşı məhkəmə işini uğurla yekunlaşdırdıq. FIFA-nın Mübahisələrin Həlli Palatasının qərarına əsasən, milli futbolçumuza kompensasiya klub tərəfindən ödənilmişdir".

Bəxtiyar Həsənəlızadə 2023/2024 mövsümündə "Tuzlaspor"da çıxış edib. Təcrübəli mərkəz müdafiəçisi I Liqa təmsilçisinin heyətində keçirdiyi 20 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

O, hazırda "Araz-Naxçıvan"ın formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 18:10 Çək və bizə göndər!