COP29

Biri “Qarabağ”dan, digər iki nəfər... “Radar”a düşənlər

16:40 Araşdırma 664
Biri “Qarabağ”dan, digər iki nəfər... “Radar”a düşənlər

Premyer Liqanın 22-ci turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

Cəza səbəbindən üç futbolçu növbəti turun oyunlarını kənardan izləyəcək.

Bunlar “Qarabağ”dan Patrik Andrade, “Sabah”dan İqor Noqeyra və “Kəpəz”dən Rauf Hüseynlidir.

Patriklə Rauf 21-ci turda sarı vərəqə limitini doldurduqları üçün cəzalı duruma düşüblər. İqor isə “Kəpəz”lə qarşılaşmada qarşısında gördüyü “qırmızı”ya görə kənarda qalmaq məcburiyyətindədir.

Fevralın 9-da “Şamaxı” – “Sumqayıt”, “Sabah” – “Turan Tovuz”, ertəsi “Araz-Naxçıvan” – “Kəpəz”, “Zirə” – “Neftçi”, fevralın 11-də “Qarabağ” – “Səbail” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti