![Bakıya qar yağacaq - XƏVƏRDARLIQ](https://www.sportinfo.az/media/2025/02/07/1704717159_8b20c688dd1123da61417aafd7f9dcf01702885927_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg-jpg.jpg)
Bakıda və Abşeron yarımadasında fevralın 7-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, fevralın 8-də yarımadanın ayrı-ayrı yerlərində yağıntının sulu qara keçəcəyi ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.
Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin fevralın 9-dək davam edəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensivləşəcəyi ehtimal olunur.
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq fevralın 7-10-da bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.